Keçmiş sevgilisinin şəkillərini və videosunu paylaşan şəxsə 1,2 milyard dollar cərimə

Keçmiş sevgilisinin şəkillərini və videosunu paylaşan şəxsə 1,2 milyard dollar cərimə

16 Avqust 2023 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

Məhkəmə təqsirləndirilən şəxsə zərərçəkmişlərin vəkillərinin tələb etdiyi məbləğdən xeyli artıq məbləğdə cərimə ilə 1,2 milyard ödəməyə məhkum edib.

ABŞ-ın Texas ştatının məhkəməsi keçmiş sevgilisinin intim foto və videolarını sosial şəbəkədə paylaşan şəxsə “intiqam almaq üçün” 1 milyard 200 milyon dollar təzminat ödəməyə məhkum edib.

DL adlı zərərçəkmiş qadın keçmiş sevgilisinin ondan ayrıldıqdan sonra yaşadıqlarıı evin təhlükəsizlik kamerası görüntülərini saxta sosial media hesablarında paylaşdıqdan sonra məhkəməyə müraciət edib.

DL-nin vəkillərinin dediyinə görə, onun keçmiş sevgilisi qurbanın şəkillərini Dropbox qovluqları vasitəsilə yayıb.

Məhkəmə protokollarına görə, kişi foto və görüntüləri paylaşarkən qadının dostlarını, ailəsini və iş yoldaşlarını da tag edib.

Həmçinin bildirilib ki, sayt açan şəxs bu sayta vizual materiallar yükləyib, porno sayta göndərib və sözügedən görüntüləri elektron poçt vasitəsilə yayıb.

Məlum olub ki, kişi keçmiş sevgilisinin elektron poçt ünvanlarını və sosial media hesablarının parollarını əzbərləyib və bu parollarla daxil olduğu hesablardan evdəki təhlükəsizlik kamerasına daxil olub və şəxsi görüntüləri bu yolla əldə edib.

Vəkillər 100 milyon dollar təzminat tələb ediblər. Video və görüntüləri yaymaqda ittiham olunan keçmiş sevgili isə prosesdə iştirak etməyib.

Vəkili olmayan şübhəlinin ona göndərilən çağırış vərəqəsini də cavabsız qoyduğu bildirilib. Məhkəmə təqsirləndirilən şəxsə zərərçəkmişlərin vəkillərinin tələb etdiyi məbləğdən xeyli artıq cərimə ilə 1,2 milyard ödəməyə məhkum edib.

2015-ci ildə qəbul edilmiş Texas qanunu "intiqam pornosu" kimi tanınan intim şəkilləri şəxsin razılığı olmadan və onlara zərər vermək məqsədi ilə paylaşmağı cinayət hesab edir. Cavabdehin pulu ödəyib-ödəməyəcəyi hələ məlum olmasa da, iddiaçı cavabdehin əmlakının çıxarılmasını tələb edərək məhkəməyə müraciət etmək hüququna malikdir.

Murad Şahməmməd