ABŞ 34 ton silah plutoniumunu məhv etməyi planlaşdırır

ABŞ 34 ton silah plutoniumunu məhv etməyi planlaşdırır

21 Yanvar 10:21
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının məlumatlarına əsasən (NNSA), Birləşmiş Ştatlar 34 ton həcmində silah dərəcəli plutoniumun artıq ehtiyatlarını məhv etmək niyyətindədir.

Əvvəlcə plutoniumun elektrik enerjisi istehsal etmək üçün atom elektrik stansiyasının yanacağına (MOX yanacağı deyilir) çevrilməsi nəzərdə tutulurdu. Plutonium reaktorda istifadə edildikdən sonra demək olar ki, öz xüsusiyyətlərini tamamilə itirir. ABŞ Energetika Nazirliyi isə bu üsuldan 2018-ci ildə imtina edib.

Silah dərəcəli plutoniumun məhv edilməsi üçün Birləşmiş Ştatlar Cənubi Karolina ştatındakı Savannah çayındakı NNSA obyektlərində, Nyu Meksikoda Los Alamos Milli Laboratoriyasında (LANL), Texasdakı Pantex zavodunda, və həmçinin Nyu Meksikoda radioaktiv tullantılar üçün dərin geoloji anbar (Tullantıların İzolyasiya Pilot Zavodu - WIPP) inşa etmək niyyətindədir.

Oxuməni.az