Cənubi Koreyada doğum səviyyəsi rekord həddə düşüb

Cənubi Koreyada doğum səviyyəsi rekord həddə düşüb

29 Fevral 07:03
Bəyəndim (0) Bəyənmədim (0)

270 milyard dollarlıq stimullaşdırmaya baxmayaraq, Cənubi Koreyada doğum səviyyəsi rekord həddə düşüb. Bu barədə "The Guardian" xəbər verir.

Cənubi Koreyanın əhalisi dördüncü ildir ki, azalır, doğum və nikahların sayı da minimuma enib. Bir qadına düşən doğumların orta sayı 0,72-yə düşüb ki, bu da dünyada ən aşağı göstəricidir.

Ölkənin Statistika İdarəsinin məlumatına görə, 2023-cü ildə yeni doğulanların sayı 230 min nəfər təşkil edib ki, bu da bir il əvvəlkindən 19 min nəfər azdır.

Aşağı doğum səviyyəsi davam edərsə, 2100-cü ilə qədər əhalinin sayı təxminən iki dəfə azalaraq 26,8 milyon nəfərə çatacaq.

2006-cı ildən bəri hökumət cütlükləri daha çox uşaq sahibi olmağa təşviq etmək üçün proqramlara, o cümlədən pul qrantları, uşaq baxımı xidmətləri və müalicəsi üçün dəstək məqsədi ilə 270 milyard dollardan çox sərmayə qoyub.

Evlilik uşaq sahibi olmaq üçün ilkin şərt kimi görülür, lakin yaşayış bahalığına görə evliliklərin sayı getdikcə azalır.

Oxuməni.az