ABŞ İrana qarşı yeni sanksiyalardan çəkinir

ABŞ İrana qarşı yeni sanksiyalardan çəkinir

16 Aprel 12:54
Bəyəndim (0) Bəyənmədim (0)

İranın İsrailə hava zərbələri endirməsindən sonra bölgədə yaranan gərgin vəziyyət davam edir. Belə bir vəziyyətdə ABŞ-ın İrana qarşı neft gəlirlərini azaltmaq üçün yeni sanksiyalar tətbiq edəcəyi gözlənilir. Bununla belə ekspertlərin fikrincə, ABŞ İrana qarşı bu dəfə yeni sanksiyalar tətbiqetmə məsələsində ehtiyatlı tərpənəcək. Çünki bu, dünya bazarında neftin qiymətlərinin artmasına və Rusiyanın bu amildən faydalanmasına gətirib çıxaracaq. Məsələyə münasibət bildirən "Reuters" agentliyi ekspertlərə istinadən yazır ki, ABŞ-ın İrana yeni sanksiyalar tətbiq etməsi ehtimalı azdır, çünki bu neftin qiymətlərinin qalxmasına və Rusiyanın xeyrinə işləyə bilər. Belə bir fikir vurğulanır ki, hətta belə sanksiyalar qəbul edilsə belə, onun pozulmasına Bayden rejimi göz yummağa məcbur olacaq.

Oxuməni.az