Hindistan hərbi hava qüvvələrini gücləndirir

Hindistan hərbi hava qüvvələrini gücləndirir

18 Aprel 11:13
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistan hərbi hava qüvvələrini müasir texnologiyaya uyğun olan texnika ilə təchizini həyata keçirməkdə davam edir. Bu müstəvidə də Hindistan hərbi hava qüvvələrini yanacaqla təmin edəcək müasir təyyarələr almaq niyyətindədir. Bununla bağlı Hindistanın "Indian Defence New" portalının yaydığı məlumatda deyilir ki, müdafiə nazirliyi 6 ədəd "Boeing KC-46 Pegasus" və ya çoxməqsədli "Airbus A330 MRT" havada yanacaqdoldurma təyyarələri almağa hazırlaşır.

Qeyd edək ki, hazırda Hindistan havada təyyarələrinə yanacaq doldurmaq üçün SSRİ dövründən qalan köhnə "İl-78" təyyarələrindən istifadə edir.

Oxuməni.az