Rəfah qırğınlar və dağıntılar təhlükəsi ilə üz-üzə qalıb

Rəfah qırğınlar və dağıntılar təhlükəsi ilə üz-üzə qalıb

18 Aprel 12:56
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ tərəfindən İsrailin Rəfahda hərbi əməliyyatlara başlamasına yaşıl ışıq yandırılıb.

Bununla bağlı “Əl-Ərəbi əl-Cədid” nəşrinin yazdığına görə, ABŞ İrana zərbələr endirməməsi şərti ilə İsrailin Rəfah şəhərində hərbi əməliyyat keçirməsinə razılıq verib. Hələlik İsrailin ABŞ-ın İranla bağlı şərtinə razılıq verib-verməyəcəyi məlum deyil.

Xatırladaq ki, aprelin 15-də CNN telekanalı İsrailin Rəfaha hücum əməliyyatını təxirə saldığı barədə məlumat yaymışdı.

Rəfah şəhəri Misirlə sərhəddə yerləşir və oraya 1,5 milyon fələstinli qaçqın sığınıb.

İsrail 4 ay müddətində həmin insanları digər yerlərə köçürməyi və şəhəri HƏMAS terrorçularından təmizləməyi planlaşdırır.

Oxuməni.az