Almaniyada casus qalmaqalı ara vermir

Almaniyada casus qalmaqalı ara vermir

24 Aprel 11:02
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyada bir-birinin ardınca həbs edilən Rusiya casuslarına vətənini Çinə satan daha bir nəfər əlavə olunub. Bu çərçivədə də ölkə kəşfiyyatı tərəfindən Çinə casusluqda şübhəli bilinən Almaniya üçün Alternativ Partiyasının deputat köməkçisi həbs edilib.

Bununla bağlı DPA agentliyinin yaydığı xəbərə görə, Avropa Parlamentinə seçkilərdə sağçı partiyasının nüfuzlu üzvü, deputat Maksimilian Kranın köməkçisi həbs edilib.

Araşdırmalar zamanı onun Çinin xeyrinə casusluq etdiyi faktlarla sübut edilib.

Məlum olib ki, o aldığı tapşırıq əsasında Avropa parlamentində sirr hesab edilən məlumatları, həmçinin Almaniyadakı Pekin əleyhidarları barədə məlumatları Çinə ötürüb.

Oxuməni.az