Kütləvi məzarlıqlardakı cəsədlərin kimlərə aid olduğu araşdırılır

Kütləvi məzarlıqlardakı cəsədlərin kimlərə aid olduğu araşdırılır

26 Aprel 07:19
Bəyəndim (0) Bəyənmədim (0)

Kütləvi məzarlıqlardakı cəsədlərin kimlərə aid olduğu araşdırılır.

Qəzza zolağının cənubundakı hazırda xarabalığa çevrilən Xan-Yunis şəhərində tapılan kütləvi məzarlıqla bağlı müəmma davam edir. Ötən gün şəhərdəki Nasser tibb kompleksinin ərazisində yeni məzarlıq aşkar edilib. Bununla bağlı WAFA agentliyinin hadisə yerindən verdiyi məlumata görə ümumilikdə kütləvi məzarlıqlarda dəfn olunanların sayı 392 nəfərə çatıb.

Məzarlıqlarda dəfn olunanların bəzilərinin işgəncələrə məruz qaldıqları aydın hiss olunur.

Bu işdə İsrailin əlinin olması isə şübhə doğurur. Çünki, peyk görüntülərindən məlum olub ki, cəsədlər oraya İsrail Xan-Yunisi işğal etməzdən əvvəl, yanvarın 25-dən fevralın 3-dək gətirilərək dəfn edilib. İsrail qoşunları isə Xan-Yunisə fevralın 15-də daxil olub.

Oxuməni.az