Ən müasir qırıcı təyyarənin yaradılması üzərində iş gedir

Ən müasir qırıcı təyyarənin yaradılması üzərində iş gedir

26 Aprel 07:48
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın müasir "F-35" qırıcı təyyarəsini yaratması digər ölkələri də hərəkətə gətirib. Belə ki, İtaliya, Böyük Britaniya və Yaponiya da birgə "F-35" qırıcı təyyarəsindən daha üstün olan yeni tipli qırıcı təyyarənin yaradılması üzərində işə başlayıblar.

Bununla bağlı "Nikkei" qəzetinin yazdığına görə, adı çəkilən üç ölkə birgə müasir qırıcı təyyarənin yaradılması ilə bağlı bu ilin sonuna kimi GIGO (Qlobal Döyüş Hava Proqramı Beynəlxalq Hökumət Təşkilatı) adlanacaq qurum yaratmaq niyyətindədirlər.

Xatırladaq ki, Yaponiya, Böyük Britaniya və İtaliya birgə müasir qırıcı təyyarə yaratmaq barədə 2022-ci ilin dekabrında razılığa gəliblər. Yeni müasir qırıcı təyyarənin istehsalına 2035-ci ildə başlanılması nəzərdə tutulub.

Oxuməni.az