ABŞ Hizbullah-a qarşı əməliyyatlarda İsrailə dəstək verəcək

ABŞ Hizbullah-a qarşı əməliyyatlarda İsrailə dəstək verəcək

22 İyun 2024 15:56
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Hizbullah-a qarşı əməliyyatlarda İsrailə dəstək verəcək.

ABŞ-da səfərdə olan İsrailin yüksək vəzifəli məmurlarının Vaşinqtonda apardıqları danışıqlar uğurla nəticələnib. Onlar Hizbullah-a qarşı əməliyyatlarda ABŞ-ın dəstəyini ala biliblər.

İsraili danışıqlarda Strateji İşlər Naziri Ron Dermer və Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzachi Haneqbi, ABŞ-ı isə milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan, Dövlət Departamentinin rəhbəri Entoni Blinken və Ağ Evin Yaxın Şərq üzrə koordinatoru Brett Makqurk təmsil ediblər. Onlar Hizbullah-ın hücumlarına qarşı İsrailin əməliyyat keçirməsinə qanuni hüququnun olduğunu və buna qarşı çıxmadıqlarını söyləyiblər.

Oxuməni.az