Ukraynanın təhlükəsizliyi məsələsi əsas müzakirə hədəfi olacaq

Ukraynanın təhlükəsizliyi məsələsi əsas müzakirə hədəfi olacaq

24 İyun 07:39
Bəyəndim (0) Bəyənmədim (0)

Aİ xarici işlər nazirlərinin görüşündə Ukraynanın təhlükəsizliyi məsələsi əsas müzakirə hədəfi olacaq.

Bu gün Lüksemburqda Avropa İttifaqı xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək. Görüşdə bir-sıra məsələlər, o cümlədən Ukraynanın təhlükəsizliyi ilə bağlı qurumun götürdüyü öhdəliklər və Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən vəsait hesabına Kiyevə maliyyə, hərbi dəstəyin verilməsi müzakirə ediləcək.

İclasda Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu ətrafında qızğın debatların da gedəcəyi gözlənilir. Son məlumatlara görə, Aİ tərəfindən Gürcüstana sanksiyaların tətbiq edilməsi barədə qərar qəbul edilməsi tövsiyə ediləcək.

Oxuməni.az