Gecə saatlarında Rusiya ərazisi üzərində yeddi pilotsuz təyyarə məhv edilib
Rusiya hava hücumundan müdafiə sistemləri gecə saatlarında Rusiya ərazisi üzərində Ukraynanın 7 pilotsuz təyyarəsini məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ötən gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə aviasiya tipli pilotsuz uçuş aparatlarından istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb”, - Müdafiə Nazirliyinin Teleqram kanalında dərc edilən məlumatda belə deyilir.
Oxuməni.az
Digər xəbərlər