Litvaya Patriot zenit-raket kompleksləri (SAM) göndəriləcək

Litvaya Patriot zenit-raket kompleksləri (SAM) göndəriləcək

2 İyul 11:44
Bəyəndim (0) Bəyənmədim (0)

Hollandiya Baltic Connection təlimlərində iştirak etmək üçün Litvaya Patriot zenit-raket kompleksləri (SAM) göndərəcək. Bu barədə Baltikyanı Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

“Patriot təlimləri üçün Litvaya yerləşdirilməsi inteqrasiya edilmiş hava və raket hücumundan müdafiəni gücləndirmək üçün keçən il Vilnüsdə NATO sammitində qəbul edilmiş rotasiya hava hücumundan müdafiə modelinin həyata keçirilməsində ilk addımdır”, - deyə məlumatda bildirilir.

Müdafiə Nazirliyinin qeyd etdiyi kimi, iyulun 7-dən 19-dək keçiriləcək təlimlərdə NASAMS reaktiv yaylım atəş sistemləri ilə Litva Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə batalyonu, Litva Hərbi Hava Qüvvələrinə məxsus təyyarə, Hollandiyadan “Patriot” sistemi, İspaniya və Portuqaliya Hərbi Hava Qüvvələrinin qırıcıları Litvanın Zokniai aviabazasından Baltikyanı ölkələrin hava məkanını mühafizə edir.

Oxuməni.az