Tatarıstanın paytaxtı Kazanda və Yekaterinburqda yeni konsulluqlar açılacaq

Tatarıstanın paytaxtı Kazanda və Yekaterinburqda yeni konsulluqlar açılacaq

9 İyul 20:22
Bəyəndim (0) Bəyənmədim (0)

Kazan və Yekaterinburqda Hindistan konsulluqları peyda olacaq. Bu barədə Hindistanın baş naziri Narendra Modi Moskvaya səfəri zamanı Hindistan ictimaiyyəti ilə görüşündə bildirib.

“Sizinlə daha bir şad xəbəri bölüşmək istəyirəm: biz Rusiyada iki yeni konsulluq açırıq. Bu, səyahət və işgüzar əməkdaşlığı asanlaşdıracaq”, – Modi deyib.

Hindistanın baş naziri dünən, iyulun 8-də iki günlük səfər üçün paytaxta gəlib. Axşam o, Novo-Oqarevoda Rusiya prezidenti Vladimir Putinlə qeyri-rəsmi görüş keçirib. Bu gün, iyulun 9-da Moskvada 22-ci Rusiya-Hindistan sammiti keçiriləcək.

Narendra Modi Rusiyaya sonuncu dəfə 2019-cu ildə gəlib. Onun hazırkı səfəri iyunun əvvəlində Hindistanda parlament seçkiləri başa çatdıqdan sonra onun ilk xaricə səfəri olub.

Oxuməni.az