Çin NATO-nun Asiya-Sakit Okean regionunda genişləndirilməsinə qarşı çıxıb
Çin NATO-nun regional müdafiə təşkilatı statusundan kənara çıxmasına qarşıdır. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian brifinqdə bildirib:
"Çin NATO-nun regional müdafiə təşkilatı statusundan kənara çıxmasına və fəaliyyətini Asiya-Sakit Okean regionunda genişləndirməsinə, münaqişənin alovlanmasına və qarşıdurmanın artmasına, regional rifah və sabitliyə xələl gətirməsinə qəti şəkildə qarşıdır".
O, həmçinin Şimali Atlantika Alyansını “dünyada sülh, sabitlik və təhlükəsizlik üçün daha praktik addımlar atmağa” çağırıb.
Oxuməni.az
Digər xəbərlər