Polşa Rusiya və Belarusla sərhədə əlavə hərbi qüvvələr yerləşdirir

Polşa Rusiya və Belarusla sərhədə əlavə hərbi qüvvələr yerləşdirir

10 İyul 20:17
Bəyəndim (0) Bəyənmədim (0)

Polşa ordusu Təhlükəsiz Podlasie əməliyyatı çərçivəsində Rusiya və Belarusla sərhəddə mövcudluğunu 17 min əsgərə çatdıracaq. Bu barədə jurnalistlərə Respublika Müdafiə Nazirliyinin rəis müavini Pavel Beyda məlumat verib.

"Silahlı Qüvvələrin mövcudluğunun 17 min hərbçiyə qədər artırılması nəzərdə tutlub. 8 min hərbi qulluqçu Polşa sərhədinin mühafizəsində birbaşa iştirak edəcək, 9 mini isə ehtiyatda olacaq", - deyə Beyda bu gün keçirilən mətbuat konfransında bildirib.

Respublika Müdafiə Nazirliyinin rəis müavini bildirib ki, ehtiyatda olan qrup təhlükə yaranarsa, 48 saat ərzində yenidən sərhədə yerləşdirilməlidir.

Oxuməni.az