Orbana şok zərbə: AP plenar iclasına dəvət olunmayıb

Orbana şok zərbə: AP plenar iclasına dəvət olunmayıb

12 İyul 16:04
Bəyəndim (0) Bəyənmədim (0)

Macarıstanın baş naziri Viktor Orban ölkəsinin Avropa İttifaqı Şurasına (Aİ) sədrlik etməsinə baxmayaraq, Avropa Parlamentinin (AP) plenar iclasına dəvət edilməyib. Bu barədə AP-nin deputatı Klara de Melo məlumat verib.

"O, Avropa İttifaqının roluna və qaydalarına hörmət etmir, ona görə də bu plenar iclasa dəvət olunmayıb", - Avropa Parlamentinin deputatı bildirib.

De Melonun sözlərinə görə, “Aİ Şurasına sədrlik Macarıstana keçdikdən sonra hamı onun qəbuledilməz hərəkətlərinin şahidi oldu”.

Daha əvvəl Slovakiyanın Baş naziri Robert Fiko, Orbanı Rusiya və Çinə etdiyi səfərə görə əsassız olaraq AB-dən kənarlaşdırmaq istədiklərini söylədi.

İyulun 11-də Aİ-nin hüquq xidməti Macarıstanın baş naziri ilə Rusiya prezidenti Vladimir Putin arasında Moskvada aparılan danışıqların Aİ müqavilələrinin pozulması olduğunu bildirib.

Oxuməni.az