Təzyiqlərə baxmayaraq Gürcüstan Xarici agentlər haqqında qanunla bağlı geriyə addım atmadı
Gürcüstan parlamentinin 2024-cü ilin mayında qəbul etdiyi xarici agentlər haqqında qanun bir neçə həftədən sonra qüvvəyə minəcək. Bunu brifinqdə parlamentin təhsil, elm və gənclərlə iş komitəsinin rəhbəri Givi Mikanadze deyib.
İyun ayında prezidentin əvəzinə qanunu imzalayan Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili demişdi ki, Ədliyyə Nazirliyi tələb olunan reqlamentləri hazırlamaq və təşkilatlar üçün elektron portal açmaq üçün 60 gün vaxt verib. Bundan sonra sənədin əhatə etdiyi qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri reyestrdə qeydiyyatdan keçərək 2023-cü il üçün maliyyə bəyannaməsini dərc etməlidirlər.
Qanun maliyyəsinin 20%-dən çoxu xaricdən gələn qeyri-hökumət təşkilatlarına və mediaya şamil edilir. Onlardan hər ilin yanvar ayında Ədliyyə Nazirliyinə gəlir və xərclər haqqında bəyannamə təqdim etmələri tələb olunacaq. Bu öhdəliyi yerinə yetirməsələr, 25 min lari (9,1 min dollardan çox) məbləğində cərimələnəcəklər. Cərimədən sonra bəyannamə təqdim edilməzsə, gecikdirilən hər ay üçün 20 min lari (7,3 min dollardan çox) tutulacaq.
Oxuməni.az