Peycerlərin partladılmasında İsrailin əli oduğu təsdiqlənib

Peycerlərin partladılmasında İsrailin əli oduğu təsdiqlənib

11 Noyabr 20:12
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında ilk dəfə olaraq ölkənin sentyabr ayında Livanda Hizbullahın peycer və radiolarının partladılmasında əli olduğunu etiraf edib, The Times of Israel yazır.

“Peycer əməliyyatı və (Hizbullah lideri Həsən) Nəsrullaha sui-qəsd yüksək rütbəli müdafiə rəsmilərinin və siyasi eşelonda onlara cavabdeh olan şəxslərin müqavimətinə baxmayaraq həyata keçirildi”, - Netanyahu bildirib. “The Times of Israel” xəbər verir ki, söhbət bu yaxınlarda işdən çıxarılan müdafiə naziri Yoav Qalantdan gedir.

Sentyabrın 17 və 18-də Livanda Hizbullah üzvlərinin istifadə etdiyi peycerlər və digər elektron cihazlar partlayıb. Nəticədə 30-dan çox insan ölüb, minlərlə insan yaralanıb. Hizbullah hadisəyə görə İsrail kəşfiyyat xidmətlərini günahlandırıb. İsrail prezidenti İsaak Hersoq ölkəsinin peycerlərin partladılmasında iştirak etmədiyini bəyan edib. The Vashington Post-un o zaman yazdığı kimi, ilk minalı radiolar Livanda 2015-ci ildə peyda olub və Mossad peycerləri partlatmaq üçün 2022-ci ildən əməliyyat hazırlayırdı.

Oxuməni.az