Hindistan Ermənistana ilk  ZRK“Akash” batareyasını göndərib

Hindistan Ermənistana ilk  ZRK“Akash” batareyasını göndərib

12 Noyabr 14:35
Bəyəndim (1) Bəyənmədim (0)


Hindistan “Akash” zenit-raket komplekslərinin (ZRK) ilk batareyasını Ermənistana göndərir, “New Indian Express” sistemlərin istehsalçısı “Bharat Electronics Limited”ə istinadən xəbər verir.
"Bharat Electronics Limited bu gün Hindistanın müdafiə ixracatında əhəmiyyətli bir addım atdı, çünki Müdafiə İstehsalat katibi (Hindistan hökuməti-red.) Sanjiv Kumar ilk Akash silah sistemi batareyasını dost bir xarici ölkəyə ixrac etmək üçün təhvil verdi," –şirkət özünün “X” sosial şəbəkə hesabında xıbər verir.
Nəşrin xatırladığı kimi, 2022-ci ildə Ermənistan Hindistanla təxminən 60 milyard rupi (1 207 000 000 manat-red.) dəyərində 15 ədəd “Akash” raket kompleksinin alınmasına dair müqavilə imzalayıb və bu raket sistemini alan ilk xarici ölkə olub.
Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı tərəfindən hazırlanmış “Akash”, döyüş təyyarələri, qanadlı və hava-yer tipli raketlər, pilotsuz təyyarələr və 25 km-ə qədər məsafədə digər hava aktivlərini vura bilən yer-hava raketidir.
Hər bir ZRK batareyası bir passiv 3D elektron skan edilmiş radar və hər biri bir-birinə bağlı olan üç raketi olan dörd işəsalma qurğusu ilə müşayiət olunur.
Almaz Həsənli