Si Sinpin Peruda keçiriləcək APEC sammitində iştirak edəcək
Çin Prezidenti Si Sinpin APEC liderlərinin 31-ci qeyri-rəsmi görüşündə iştirak edəcək Peruya səfər edib. Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, Si Sinpin Pekindən çərşənbə günü səhər xüsusi təyyarə ilə havaya qalxıb. Onu Çin Kommunist Partiyasının (ÇKP MK) katibliyinin rəhbəri Cai Qi və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri, xarici işlər naziri Vanq Yi müşayiət edir.
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi Si Sinpinin noyabrın 13-17-də Peruya dövlət səfəri edəcəyi barədə məlumat vermişdi. Bundan sonra o, Braziliyaya gedəcək və burada G20-nin 19-cu sammitində iştirak edəcək.
Oxuməni.az
Digər xəbərlər