Çexiyanın baş naziri: Ukraynadakı vəziyyət mürəkkəbdir

Çexiyanın baş naziri: Ukraynadakı vəziyyət mürəkkəbdir

13 Noyabr 15:13
Bəyəndim (0) Bəyənmədim (0)

Çexiyanın baş naziri Petr Fiala Ukraynadakı münaqişənin həllinin asan olmayacağını anladığını bildirib. O, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığını belə şərh edib.

Noyabrın 11-i axşam saatlarında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasında Bakıda olan Fiala ilə Tramp arasında telefon danışığı olub. Ertəsi gün Çexiyanın Baş naziri bu söhbətin bəzi təfərrüatlarını jurnalistlərlə bölüşdü.

Trampın Ukraynadakı münaqişənin həlli ilə bağlı planları barədə onunla məlumat paylaşıb-paylaşmadığı ilə bağlı suala cavab olaraq Fiala qeyd edib ki, söhbətin təfərrüatlarını açıqlaya bilməz.

"Lakin mən hesab edirəm ki, biz hamımız başa düşürük ki, Ukraynadakı münaqişənin həlli asan olmayacaq", - baş nazir bildirib.

Oxuməni.az