Türkiyə  Suriyanın şimalında hərbi əməliyyatlar həyata keçirəcək

Türkiyə Suriyanın şimalında hərbi əməliyyatlar həyata keçirəcək

14 Noyabr 13:35
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə ordusu lazım gələrsə, Suriyanın şimalında orada yerləşən Kürdüstan Fəhlə Partiyasının (Türkiyədə qadağan edilmiş PKK) yaraqlılarına qarşı sərhədyanı əməliyyatlar keçirəcək. Bu barədə Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadən TRT Haber telekanalı məlumat yayıb.

Məlumatda deyilir ki, prezident Rəcəb Tayyib Ərdoğanın 30 km-lik təhlükəsizlik zonasının yaradılmasını başa çatdırmaq üçün bitişik ərazidə belə əməliyyatların keçirilməsinin mümkün hesab edir.

"Ölkəmizin və sərhədlərimizin təhlükəsizliyini təmin etmək üçün əməliyyatlar keçirmək Türkiyənin beynəlxalq və özünümüdafiə hüququ baxımından qanuni haqqıdır. Biz bu günə qədər bu mövzuda lazım olan hər şeyi etmişik və gələcəkdə də, harada olursa-olsun edəcəyik”, - telekanal etibarlı mənbələrə istinadən bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qonşu ölkə ilə sərhədin 600 kilometrlik hissəsinə nəzarəti təmin etmək və terror təhdidlərini minimuma endirmək üçün Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılmasını başa çatdırmaq planlarını dəfələrlə bəyan edib. Türkiyə hakimiyyəti PKK-nı milli təhlükəsizliyə əsas təhdid adlandırır.

Oxuməni.az