Amsterdamda İsrail əleyhinə nümayişlər keçirilib, onlarla insan saxlanılıb
Çərşənbə günü, noyabrın 13-də Fələstin tərəfdarı etirazçılar yenidən şəhərin küçələrinə çıxaraq İsrail əleyhinə şüarlar, xüsusən də “Amsterdam soyqırıma yox deyir” şüarları səsləndiriblər. Onlar keçən həftə israilli futbol azarkeşlərinə qarşı zorakılıqlara görə nümayişlərə qoyulan qadağaya qarşı çıxıblar.
Polisin tələblərinə baxmayaraq onlar dağılışmaqdan imtina ediblər. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları onları saxlayıblar. Böyük əksəriyyəti dinc şəkildə avtobuslara mindirib meydandan uzaqlaşdırıblar.
Fələstin tərəfdarı mitinqlər Hollandiyanın Amsterdamda hələ də zorakılıqdan sağaldığı bir vaxta təsadüf edir, noyabrın 7-nə keçən gecə “Makkabi Tel-Əviv” azarkeşləri Hollandiya paytaxtının bir neçə yerində hücuma məruz qalıb.
Hadisə ilə əlaqədar Hollandiya hakimiyyəti ölkədə mitinq və nümayişləri müvəqqəti olaraq qadağan edib.
Oxuməni.az