8 NOYABR ZƏFƏR BAYRAMI

8 NOYABR ZƏFƏR BAYRAMI

13 Noyabr 18:08
Bəyəndim (0) Bəyənmədim (0)

“Zümrüd –M” productionunun təsisçisi jurnalist Zümrüd Güləliqızının təşkilatçılığı ilə 8 noyabr Zəfər Bayramı münasibətilə tədbir keçirildi. Bu tədbirdə bir çox şəhid ailələri və qazilər, millət vəkili, tanınmış sənət adamları və bir çox media nümayəndələri iştirak edirdilər. Tədbirin açılışı Azərbaycan Himni ilə oldu və sonra 1 dəqiqəlik sükutla torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu anıldı. “Zümrüd –M” productionun rəhbəri, təşkilatçı jurnalist və aparıcı Zümrüd Güləliqızı tədbiri açaraq öz çıxışında şəhid ailələrini və qaziləri Zəfər bayramı münasibətilə təbrik etdi.

Bu tədbirdə ilk olaraq, şəhid Qasımov Raminin bacısı, tanınmış jurnalist Samirə Sədiqızına, millət vəkili Vüqar İskəndərov tərəfindən “Zümrüd –M” productionun zəfərimizin 4cu ilinin təşkil etdiyi “Qızıl Zəfər” adlı mükafat təqdim olundu. Tədbirə dəvət alan şəhid anaları, ailələri, qazilər və digər tədbir iştirakçıları “Qızıl Zəfər” mükafatı ilə təltif olundular.

Respublikamizin əməkdar artisti, tanınmış skripka ustası Səlim Abbasov, bədii qiraət ustası, aktyor Şirzad Pirallahı və başqa sənətçilər öz çıxışları ilə bayramda coşqu yaradaraq, tədbir iştirakçılarının sevincinə şərik oldular.

Sonda Zümrüd Güləliqızı bu tədbirin keçirilməsində ona dəstək olan sponsorlara da öz təşəkkürünü bildirərək aşağıdakı fikirlərini səsləndirdi: “ Bu arada tədbirə dəstək olan sponsorlarımızı da qeyd etmək istərdim. “Aqat” şadlıq sarayının müdiriyyətinə, “Rayza” şirkətinin təsisçisi Ayaz Babasova, “Flexibl Line şirkətinin icraçı direktoru Pərvin Kərimova, Hind klinikasının baş həkimi, bütün tədbirlərdə bizə dəstək olan Radjana Candra D Mello xanıma çox təşəkkürlərimizi bildiririk. Bu gözəl paltarı tikən modelyerim “Gülsən Naxış” moda evinin rəhbəri Gülşən Dadaşovaya təşəkkür edirəm. Artiq 15 ildir ki, bizim tədbirə sponsorluq edərək, bütün paltarlarımın dizaynı və fasonu ona məxsusdur. Budəfəki tədbirdə Zəfər bayramına uyqun olaraq “Xarı bülbül” ornamentlerini əks etdirən bir paltar tikibdir. Bütün sponsorlara və gələn qonaqların hamısına minnətdarlıq edirəm.

Zəfərimiz mübarək!”

Hazırladı: İsa Rəvan