Alimlər kolonoskopiyanı əvəz edən qan testlərini sınaqdan keçiriblər
Bağırsaq xərçəngi üçün qan testi zamanı ölümcül bir şişi gözdən qaçırma riski adi kolonoskopiya ilə müqayisədə 2,5 dəfə yüksəkdir. “Gazeta.ru” xəbər verir ki, bu barədə “HealthDay” Stenford Universitetinin alimlərinin araşdırmasına istinadən məlumat yayıb.
Daha əvvəl dərc edilmiş tədqiqatlardan istifadə edərək, tədqiqatçılar kolonoskopiya, nəcis və qan testlərinin effektivliyini müqayisə ediblər. Onlar şişin inkişaf riskini orta hesabla 100 min xəstə arasında xərçəng və ölüm hallarını təxmin ediblər.
Nəticələr göstərib ki, qan testi keçirənlərin bağırsaq xərçəngindən ölmə riski kolonoskopiya keçirənlərə nisbətən 2,5 dəfə yüksəkdir. Kolonoskopiya və nəcis testləri də qan testlərindən daha sərfəli olub.
Tədqiqatçılar qeyd edirlər ki, hazırlıq və ya prosedurun invaziv olması səbəbindən kolonoskopiyadan qaçan xəstələr üçün qan testləri heç nə etməməkdən yaxşıdır. Bununla belə, onlar erkən mərhələdə xərçəng və ya prekanseröz polipləri aşkar etməkdə kolonoskopiya ilə müqayisə oluna bilməzlər.
"Birinci nəsil qan testləri [kolorektal xərçəngin diaqnostikası üçün] həqiqətən həyəcan vericidir. Amma hələlik, əgər siz kolonoskopiya və ya nəcis testi etməyə hazırsınızsa və istəyirsinizsə, bunu seçim edin, qan testini yox."
Almaz Həsənli