Çinin beşinci nəsil qırıcısının ilk alıcısı məlum olub

Çinin beşinci nəsil qırıcısının ilk alıcısı məlum olub

6 Dekabr 14:45
Bəyəndim (1) Bəyənmədim (0)



Pakistan Çinin beşinci nəsil “Shenyang J-35” qırıcısının ilk xarici operatoru olacaq. Bu barədə “Army Recognition” portalı yerli Pakistan mediasına istinadən yazır.
Bildirilir ki, İslamabad artıq Çin istehsalı olan görünməz qırıcıların alınmasına razılıq verib və təyyarələrin yaxın 24 ay ərzində çatdırılması gözlənilir. İddialara görə, Pakistan Hərbi Hava Qüvvələrinin pilotları artıq Çində qırıcı təyyarəni idarə etmək üçün təlim keçir.
Bu hələ rəsmi məlumat deyil. Bundan əlavə, alınan təyyarələrin qiyməti və sayı məlum deyil. Bəzi KİV-lər təxminən 40 qırıcının sifariş verilə biləcəyini bildirir.
“J-35”-i əldə etmək qərarı Pakistanın hava qüvvələrini modernləşdirmək və Hindistana qarşı mövqelərini gücləndirmək səylərində mühüm mərhələdir.
“J-35”-in alınması Hindistan öz beşinci nəsil qırıcısını təqdim edənə qədər Pakistana növbəti 7-8 il ərzində aviasiya texnologiyasında keyfiyyət üstünlüyü təmin edə bilər.
Almaz Həsənli