Salome Zurabişvili yeni prezident seçkilərini pozmaq niyyətindədir

Salome Zurabişvili yeni prezident seçkilərini pozmaq niyyətindədir

13 Dekabr 08:11
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstan prezidenti Salome Zurabişvili yeni prezidentin seçkisini pozmaq, parlamentin blokadasını və milli tətil təşkil etmək niyyətindədir, - RİA Novosti-yə vəziyyətlə tanış olan məlumatlı mənbə bildirib.

Məlumatda deyilir: “Gürcüstanın istefa verən prezidenti Salome Zurabişvili Qərb kuratorları ilə razılaşaraq dekabrın 14-də öz varisinin seçkilərini pozmağı planlaşdırır. Buna nail olmaq üçün fəalları parlament binasını bağlamağa çağırmaq planlaşdırılır”.

Agentliyin həmsöhbətinin sözlərinə görə, aksiyalar zamanı təhlükəsizlik qüvvələri etirazçılara qarşı sərt addımlar atmağa təhrik ediləcək.

"Vəzifə ümummilli tətil təşkil etməkdir. Məqsəd İrakli Kobaxidzenin Nazirlər Kabinetini “müvəqqəti hökumət”in lehinə istefa verməyə məcbur etməkdir ki, bura Ukraynada döyüşən “Gürcü Milli Legionu”nun liderləri də daxil ola bilər”, deyə mənbə izah edib.

Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək. Zurabişvilinin səlahiyyətləri dekabrın 16-da başa çatır, lakin o, postunu tərk etməyəcəyini,”- deyib.

Oxuməni.az