İsrailin Tartus əyalətini atəşə tutması nəticəsində azı 7 nəfər yaralanıb

İsrailin Tartus əyalətini atəşə tutması nəticəsində azı 7 nəfər yaralanıb

17 Dekabr 2024 10:55
Bəyəndim (1) Bəyənmədim (0)


İsrail hava qüvvələrinin Suriyanın Tartus əyalətindəki hərbi obyektlərə endirdiyi zərbələr nəticəsində azı 7 nəfər yaralanıb. Suriyanın “Al Watan” qəzetinin yazdığına görə, həlak olanların hamısı əyalətdə yaşayan mülki şəxslərdir.

"Yeddi mülki şəxs xəstəxanaya çatdırılıb, onlar qəlpə yaraları və xəsarətlər alıblar", - qəzet yerli tibb müəssisəsinin direktoruna istinadən bildirib. Bundan əlavə, “Al Watan”ın məlumatına görə, İsrailin atəşi Tartusun yaşayış məntəqələrinə ciddi maddi ziyan vurub. O cümlədən, 1 yaşayış binası yanıb, infrastruktura ziyan dəyib.

Dekabrın 16-na keçən gecə "Əl Manar" telekanalı İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın Tartus, Həma və Homs əyalətlərindəki hərbi obyektlərə zərbələr endirdiyini bildirib.

Oxuməni.az