Tusk: Ukrayna Polşadan asılı olsaydı, bir gündə NATO-ya daxil olardı

Tusk: Ukrayna Polşadan asılı olsaydı, bir gündə NATO-ya daxil olardı

18 Dekabr 2024 10:10
Bəyəndim (1) Bəyənmədim (0)


Ukrayna yalnız Polşadan asılı olsaydı, bir gündə NATO-ya daxil olardı. Bu barədə jurnalistlərə Polşanın baş naziri Donald Tusk bildirib. O deyib ki, reallıqda Kiyevin alyansa qoşulması prosesi asan olmayacaq.

"Əgər bu, Polşadan asılı olsaydı, Ukraynanın NATO-ya daxil olması bir gündən çox çəkməzdi", - Tusk Vladimir Zelenski ilə Lvovda apardığı danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

"Ukraynanın NATO-ya üzvlüyü perspektivinin getdikcə daha real olması üçün mümkün olan hər şeyi edəcəyik, lakin bunun asan olmayacağını bilirik", - o əlavə edib.

Son vaxtlar Ukraynada NATO-ya dəvət almaq imkanları ilə bağlı müzakirələr intensivləşib. Buna nail olmağa çalışan Zelenski hətta söz verib ki, Ukrayna alyansa qoşulsa, guya kollektiv müdafiə müqaviləsinin beşinci maddəsinin icrasını tələb etməyəcək.

Oxuməni.az