Rada hərbi vəziyyət dövründə neft və qazın tranzitini qadağan etmək istəyir

Rada hərbi vəziyyət dövründə neft və qazın tranzitini qadağan etmək istəyir

8 Yanvar 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun “Avropa Həmrəyliyi” partiyası Rusiya Federasiyasından neft və qazın tranzitinə tam qadağa haqqında qanun layihəsini Ali Radaya təqdim edib. Bu barədə deputat İrina Geraşenko məlumat verib.

“Qanun layihəsi bütün növ nəqliyyat infrastrukturları, xüsusən də “Drujba” neft kəməri vasitəsilə Rusiya neftinin Ukrayna ərazisindən tranzitinə birbaşa qadağa qoyulmasını nəzərdə tutur”, - deyə o, öz Telegram kanalında yazıb: “Ukrayna hökuməti mexanizm hazırlamalıdır və qanunun qəbul edildiyi tarixdən etibarən 3 ay müddətində tranzitin tam dayandırılması qrafikini müəyyən etməlidir, qadağaya qaz tranziti də aiddir ", Geraşenko aydınlaşdırıb.

Oxuməni.az