Cef Bezosun “Blue Origin” şirkəti texniki problemə görə raket buraxılışını ləğv edib
Yanvarın 13-nə planlaşdırılan "New Glenn" ağır raketinin ilk sınaq buraxılışı texniki səbəblərə görə ləğv edilib, raket istehsalçısı “Blue Origin” bildirib. Şirkət “Amazon” qurucusu Cef Bezos tərəfindən yaradılıb.
Raketin buraxılışı ABŞ Kosmik Qüvvələrinin Floridadakı Kanaveral burnundaki bazasından buraxılmasına təxminən 15 dəqiqə qalmış ləğv edilib.
Oxuməni.az xəbər verir ki, bu barədə şirkətin X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Buraxılış yanvarın 10-da baş verməli idi, lakin əlverişsiz hava şəraiti səbəbindən bir neçə dəfə təxirə salınmışdı.
Sınaq çərçivəsində raket orbitə gələcəkdə Pentaqonda daxil olmaqla, kommersiya və dövlət müştərilərinə xidmət göstərə biləcək “Blue Ring” sınaq yükünü buraxmalı idi.
Raketin təkrar istifadə edilə bilən ilk mərhələsi Atlantik okeanındakı dəniz platformasına enməli idi.
98 metr hündürlüyündə “New Glenn” raketi iki mərhələdən ibarətdir. Birinci mərhələ təkrar istifadə üçündür və 25 dəfəyə qədər istifadə edilə bilər. Daşıyıcı aşağı Yer orbitinə 45 tona, geostasionar orbitə isə 13 tona qədər faydalı yükü orbitə çıxarmağa qadirdir.
Almaz Həsənli