Qroznıda iki qadın 19 milyon rubl dəyərində qızılı Türkiyəyə aparmağa cəhd edib
Qroznı hava limanından uçan qadınlar iki kiloqram 999 karatlıq qızılı qaçaqmalçılıq yolu ilə keçirməyə cəhddə şübhəli bilinirlər. Bu barədə Rusiya Federal Vergi Xidməti özünün rəsmi Telegram kanalında məlumat yayıb.
Sərnişinlər Türkiyəyə getməyi planlaşdırırdılar, lakin “yaşıl” dəhlizdən keçərkən məlum oldu ki, qadınlar boyunlarına iri qızıl zəncir taxıblar. “Ekspertiza zəncirlərin 99,5%-nin 999 karatlıq qızıldan hazırlandığını müəyyən edib”, - nəşr yazır.
Qadın hüquq-mühafizə orqanlarının əməkdaşları ilə söhbətində bunların onların şəxsi qiymətli əşyaları olduğunu və belə əşyaların daşınması qaydalarının mövcudluğundan xəbərsiz olduqlarını bildiriblər. Gömrükçülər zəncirlərin qızıl-zinət əşyası olmadığını və onların əridilən qızıldan düzəldildiyini müəyyən ediblər. Məhsulların dəyəri 19 milyon rubl təşkil edir. Strateji əhəmiyyətli malların qaçaqmalçılığı ilə bağlı maddələrlə cinayət işi açılıb. Bu cür cinayətlər bir milyon rubla qədər cərimə və ya beş ilə qədər həbslə cəzalandırılır.
Əziz Mustafa, Oxuməni.az