İsrail ordusu Cenin bölgəsində iki silahlını məhv edib
İsrail əsgərləri və Baş Təhlükəsizlik Xidmətinin zabitləri İordan çayının qərb sahilində Cenin şəhəri yaxınlığında iki fələstinli radikalı öldürüblər. Bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, hərbçilərlə yaraqlılar arasında 4 saata yaxın davam edən atışma olub. Güclü atəş açan İsrail təhlükəsizlik qüvvələri rəqiblərini zərərsizləşdirə bilib.
Ordunun mətbuat xidməti daha əvvəl bildirmişdi ki, hərbçilər Cenin bölgəsində “Dəmir Divar” adlanan genişmiqyaslı antiterror əməliyyatına başlayıblar. “The Times of Israel” mənbəyə istinadən xəbər verir ki, döyüşlərin ən azı bir neçə gün davam edəcəyi gözlənilir. Nəşrin mənbəsinin sözlərinə görə, əməliyyat Cenində yerli radikal qrupların istifadə etdiyi infrastruktur obyektlərinə pilotsuz təyyarələrin zərbələri ilə başlayıb, bundan sonra İsrail təhlükəsizlik qüvvələri şəhərə daxil olub.
Oxuməni.az