Tramp NATO ölkələrini müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmağa çağırıb

Tramp NATO ölkələrini müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmağa çağırıb

24 Yanvar 07:50
Bəyəndim (1) Bəyənmədim (0)

NATO ölkələri müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmalıdır. Bu, ABŞ-ın maliyyə yükünü azaltmaq üçün ədalətli yanaşma olardı. Bu barədə Amerika lideri Donald Trampın bəyanatında deyilir.

Amerika lideri Şimali Atlantika Müqaviləsi ölkələrini müdafiə xərclərini artırmağa çağırıb.

"Mən bütün NATO ölkələrindən xahiş etmək istəyirəm ki, müdafiə xərclərini 5%-ə qədər artırsınlar. Əvvəllər bu hədd 2% idi, lakin bəzi ölkələr bunu belə ödəmədilər", - Tramp deyib.

O, ABŞ-ın əvvəllər bu fərqi kompensasiya etdiyini, lakin bunu ədalətsiz hesab etdiyini vurğulayıb.

"Mən sizdən müdafiə xərclərini artırmağınızı xahiş edirəm. Əvvəllər fərqi düzəldirdik, amma məncə, bu, ədalətsiz idi", - Amerika prezidenti vurğulayıb.

Qeyd edək ki, Tramp hələ inauqurasiyadan əvvəl ölkəsinin NATO-dan çıxma ehtimalını etiraf etmişdi. O, ABŞ-ın NATO-da iştirakını avropalı tərəfdaşlar tərəfindən təmin edilməli olduğuna inandığı maliyyə ilə əlaqələndirdi.

Hələ o zaman da Tramp bəyan etmişdi ki, Alyans üzvləri onun şərtini yerinə yetirsələr, ABŞ-ın NATO-da qalmasına qarşı olmayacaq.

Əziz Mustafa, Oxuməni.az