Rusiya və Şimali Koreya Kursk bölgəsində ağır itkilərə  məruz qalıb

Rusiya və Şimali Koreya Kursk bölgəsində ağır itkilərə məruz qalıb

3 Fevral 08:05
Bəyəndim (1) Bəyənmədim (0)

Kursk vilayətinin Rılsk şəhərindəki komanda məntəqəsinə hücum nəticəsində ruslar onlarla əsas zabitini itirib. Şimali Koreyanın da çoxlu sayda zabitləri döyüşlərdə həlak olub.

Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Associated Press agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, kəşfiyyat məlumatlarına və Qərb mediasında Şimali Koreya qoşunlarının cəbhə xəttindən geri çəkildiyinə dair məlumatlara baxmayaraq, daha 20-25 min əsgərin döyüşə göndəriləcəyi ehtimal edilir.

Zelenski, həmçinin qeyd edib ki, Ukrayna Müdafiə Qüvvələri iri əməliyyat keçirib.

"Kursk istiqamətində düşmənin mərkəzi komanda məntəqəsi vuruldu. Nəticədə Rusiya və Şimali Koreya yüksək rütbəli zabitlərini itirdilər”, - deyə Zelenski vurğulayıb.

Əziz Mustafa, Oxuməni.az