Pakistan prezidenti fevralın 4-8-də Çinə səfər edəcək
Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari fevralın 4-dən 8-dək Çində dövlət səfərində olacaq. Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Çin Xarici İşlər Nazirliyinin səhifəsində göstərildiyi kimi, Pakistan lideri Çinə sədr Si Cinpinin dəvəti ilə gələcək.
Səfər çərçivəsində iki ölkə arasında ticari, iqtisadi, siyasi, elmı mədəni, humaitar, o cümlədən hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək. Bundan əlavə tərəflər arasında beynəlxalq aləmdə baş verən hadisələr, o cümlədən bölgədə təhlükəsizliyin təmin edilməsi, Fələstində və Ukraynada vəziyyət, münaqişələrin sülh yolu ilə həll edilməsi, beynəlxalq təşkilatlarda qlobal əhəmiyyət daşıyan məsələlərin müzakirəsində eyni mövqedən çıxış edilməsi barədə fikir mübadiləsi ediləcəyi gözlənilir.
Əziz Mustafa, Oxuməni.az