ABŞ Türkiyənin Suriyada iki hərbi baza quracağı xəbərindən narahatdır
ABŞ Türkiyənin Suriyada iki hərbi baza quracağı xəbərindən narahatdır. Bu barədə ABŞ dövlət katibi Rubio bəyan edib. Onun sözlərinə görə, Suriyada hər hansı ölkənin hərbi bazası ola bilməz. Dövlət katibi Türkiyənin bu barədə guya ABŞ-la razılığa gəlməsi barədə yayılan məlumatları təksib edib. O deyib ki, ABÇ hələ Suriyadakı hərbçiləri ilə bağlı hər hansı bir qərar qəbul etməyib və bu məsələ ətraflı şəkildə öyrənildikdən sonra ətraflı məlumat veriləcək..
Xatırladaq ki, "Türkiyə" qəzeti Ankaranın Suriyada F-16 qırıcılarının yerləşdirilməsi üçün iki hərbi baza qurmağı planlaşdırıdığı barədə məlumat yayıb.
Bu, Türkiyə və Suriya arasında potensial müştərək müdafiə sazişi, o cümlədən Ankaranın təhdidlər zamanı Dəməşqə kömək etməsi və Suriya ordusuna təlim keçməsi ilə əlaqələndirilir,.
Bundan əlavə, Suriya İsraillə sərhədə nəzarət etmək üçün Türkiyədən pilotsuz təyyarələr, radarlar və elektron döyüş sistemləri tələb edib. İHA-ların ilk partiyasının yaxın vaxtlarda təhvil verilməsi gözlənilir. Rəsmi orqanlar hələlik bu xəbərlərə münasibət bildirməyiblər.
Fevralın 2-də Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, Suriyanın yeni hakimiyyət orqanlarının prioritet vəzifələri enerji və hava nəqliyyatını bərpa etməkdir. Fidan qarşıya qoyulan vəzifələrin icrasından sonra ölkə iqtisadiyyatının yaxşılaşacağına ümid etdiyini bildirib. O, Suriya üçün beynəlxalq sanksiyaların aradan qaldırılmasının, eləcə də bütün aktiv silahlı qrupların milli orduda birləşdirilməsinin vacib olduğunu vurğulayıb.
Əziz Mustafa, Oxuməni.az