İsrail Tramp dövründə ABŞ-la əməkdaşlıq etməyə ümid edir

İsrail Tramp dövründə ABŞ-la əməkdaşlıq etməyə ümid edir

24 Yanvar 09:03
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin xarici işlər naziri Gideon Saar ABŞ-ın yeni dövlət katibi Marko Rubio ilə telefonla danışaraq, prezident Donald Trampın rəhbərlik etdiyi Vaşinqtonda yeni administrasiya dövründə iki ölkə arasında sıx əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini bildirib. O, həmkarını da İsrailə səfərə dəvət edib və tezliklə onunla görüşməyi planlaşdırıb.

"İsrailin əsl dostu olan ABŞ dövlət katibi Marko Rubio ilə mühüm söhbət etdim. Dövlət katibi Rubionu vəzifəyə başlaması münasibətilə təbrik etdim. Prezident Trampın Beynəlxalq Cinayət Məhkəməsinə, husilərə qarşı qətiyyətli addımı və son nəticəyə görə İsrailin minnətdarlığını bildirdim”,- Saar X sosial şəbəkəsindəki səhifəsində yazıb.

İsrailli nazirin sözlərinə görə, söhbət zamanı Rubio ilə “regional məsələlər və ikitərəfli mövzular” müzakirə olunub. "Biz həmçinin siyasiləşmiş "beynəlxalq hüquqi institutlar" və bu istiqamətdə atılmalı olan addımlar haqqında danışdıq. Biz ümumi problemləri həll etmək və ittifaqlarımızı genişləndirmək üçün prezident Tramp və onun administrasiyası ilə sıx və səylə işləməyə sadiqik", - Saar əlavə edib.

Əziz Mustafa, Oxuməni.az