Quterreşin hələ Trampla görüşmək planı yoxdur

Quterreşin hələ Trampla görüşmək planı yoxdur

24 Yanvar 11:22
Bəyəndim (1) Bəyənmədim (0)

BMT-nin baş katibi Antonio Quterreş ABŞ-ın yeni prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona getməyi planlaşdırmır. Bunu jurnalistlər üçün keçirdiyi brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.

“Baş katibin səfərləri ilə bağlı hələlik heç bir məlumatım yoxdur”, o, məsələ ilə bağlı sualı cavablandırarkən deyib.

ABŞ-ın 47-ci prezidenti Donald Trampın andiçmə mərasimi 2024-cü il yanvarın 20-də Konqresin mərkəzi salonu olan Rotundada baş tutub. Respublikaçı Konstitusiyaya və ölkəyə sədaqət andı içib. Həmin gün o, yenidən Paris sazişindən çıxmaq haqqında fərman imzalayıb. Tramp dəfələrlə qlobal istiləşmə anlayışının elmi əsaslılığına şübhə etdiyini bildirib. 2017-ci ildə o, ABŞ-ı Paris iqlim sazişindən çıxarıb. 2020-ci ilin noyabrına qədər ölkə sazişdən çıxmaq prosesini başa vurmuşdu, lakin 2021-ci ilin yanvarında ABŞ-ın o zamankı prezidenti Co Bayden Vaşinqtonu Paris Sazişinə qaytaran sərəncam imzaladı.

Yanvarın 21-də Tramp ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxarılması barədə sərəncam imzalayıb. Amerika lideri, prezidentlik dövründə təxminən 350 milyon əhalisi olan ABŞ-ın ÜST-yə illik töhfələrinin 500 milyon dollar, əhalisi 1,4 milyarddan çox olan Çinin də təxminən 500 milyon dollar ödədiyini və bunun ədalətsiz olduğunu deyib. Tramp məhz bu ədalətsizliyə görə ölkəsinin ÜST-ü tərk etdiyini söyləyib

Əziz Mustafa, Oxuməni.az