Tramp Kim Çen Inla əlaqə saxlamağa söz verib

Tramp Kim Çen Inla əlaqə saxlamağa söz verib

24 Yanvar 10:49
Bəyəndim (1) Bəyənmədim (0)


ABŞ lideri Donald Tramp yeni prezidentlik dövründə Şimali Koreya lideri Kim Çen Inla əlaqə saxlamağa söz verib. O, bu barədə “Fox News”-a müsahibəsində bildirib.
Eyni zamanda, Ağ Evin rəhbəri belə danışıqların nə vaxt aparıla biləcəyini və kimin təşəbbüsü ilə aparılmalı olduğunu dəqiqləşdirməyib.
Tramp inauqurasiyadan sonrakı ilk müsahibəsində “Kim Çen In ağıllı adamdır,”- deyib.
Onunla əlaqə saxlayıb-saxlamayacağınız sualına Tramp “Mən əlaqə saxlayacam” cavabını verib.
ABŞ-ın əvvəlki prezidenti Co Baydenin administrasiyası Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində irəliləyiş əldə edə bilmədiyini etiraf edib. Eyni zamanda, Ağ Ev Cənubi Koreya, Yaponiya və digər tərəfdaşlarla birlikdə KXDR-in “saxlamasının” gücləndirilməsində irəliləyiş olduğunu qeyd edib.
Keçən ilin noyabrında Kim Çen In Koreya yarımadasındakı çətin vəziyyətin ən dağıdıcı termonüvə müharibəsinə səbəb ola biləcəyini söylədi. Onun sözlərinə görə, Vaşinqtonla danışıqlar Pxenyanı ABŞ-ın düşmənçilik siyasətinin dəyişməyəcəyinə inandırıb.
Almaz Həsənli