ABŞ Dövlət Departamenti “X” işarəsi olan pasportların və cinsin dəyişdirilməsini dayandırıb

ABŞ Dövlət Departamenti “X” işarəsi olan pasportların və cinsin dəyişdirilməsini dayandırıb

24 Yanvar 12:32
Bəyəndim (2) Bəyənmədim (0)

ABŞ Dövlət Departamenti prezident Donald Trampın vəzifəsinin ilk günündə imzaladığı yeni sərəncama əsasən, cins “X” işarəsi olan pasportlar və mövcud pasportlarda cinsi kimliyə edilən dəyişikliklərlə bağlı bütün müraciətləri dondurub.

Bu barədə “The Guardian” xəbər verir.

“Guardian” tərəfindən əldə edilən daxili elektron məktublarda dövlət katibi Marko Rubio cümə axşamı departament işçilərinə rəsmi sənədləşmə ilə bağlı ciddi yeni qaydalara riayət etməyi tapşırıb.

"Birləşmiş Ştatların siyasətidir ki, insanın cinsi dəyişdirilə bilməz", - elektron məktubda deyilir.

Bundan əlavə, Rubionun direktivində qeyd olunur ki, rəsmi sənədlərdə, o cümlədən xaricdə pasport və doğum haqqında konsulluq şəhadətnaməsində “qender deyil, cinsdən” istifadə edilməlidir.

Cümə axşamı, yanvarın 23-də Dövlət Departamentinin rəsmilərinə əmrdə müəyyən edildiyi kimi, “X cinsi işarəsi üçün hər hansı müraciətə baxılmasını dayandırmaq” və “ərizəçinin cinsiyyət işarəsini dəyişdirmək istədiyi hər hansı müraciətə baxılmasını dayandırmaq” əmri verilib.

“Qadınların gender əsaslı ideoloji ekstremizmdən qorunması və bioloji həqiqətin federal hökumətə qaytarılması” adlı fərman, hökumətin şəxsiyyətini təsdiq edən sənədlərdən yalnız şəxsin “kişi və ya qadın kimi ardıcıl bioloji təsnifatından” istifadə etməsini tələb edir.

Dövlət Departamenti 2022-ci ilin aprelində üçüncü cins qeyri-binar identifikasiyası “X” ilə pasportların verilməsinə başlamışdı.

Almaz Həsənli