İsrailin baş naziri Trampa bir qızıl olmaqla iki peycer hədiyyə edib
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampa iki peycer hədiyyə edib - qızılı və adi. Hədiyyə, “Hizbullah” terror qruplaşmasına böyük zərbə vuran İsrailin partlayan peycer və radio stansiya əməliyyatına istinad edir.
İsrailin 12-ci telekanalı xəbər verir ki, Tramp Netanyahunun hədiyyəsi haqqında “Bu, əla əməliyyat idi” deyib. Cavab olaraq Tramp Netanyahuya səfərdən birlikdə çəkdirdikləri fotonu “Bibi, böyük lider” imzası ilə hədiyyə edib.
Sentyabr ayında Livanda “Hizbullah” yaraqlılarının istifadə etdiyi minlərlə peycer qəfil partladı, onlarla insan həlak oldu və yaralandı. Bir gün sonra yüzlərlə radio stansiya da partladı və daha çox insan tələfatına səbəb oldu. Əməliyyat güclü təsir bağışladı: İranı zəiflətdi, oyuncaq imperiyanı xarabalığa çevirdi: Livanda “Hizbullah” məğlub oldu, Suriyada Əsəd rejimi devrildi. Sonradan məlum oldu ki, İsrail bu əməliyyatı 10 ildən artıqdır ki, planlaşdırırmış və “Hizbullah” terrorçularının onları satın alması üçün böyük reklam kampaniyası aparmışdı.
Almaz Həsənli