
Avropa artıq müdafiədə ABŞ-dan asılı ola bilməz
Avropa İttifaqı ölkələri öz təhlükəsizliklərini təmin etməkdə ABŞ-dan asılılıqdan qurtulmalıdırlar. Bu fikirləri Avropanın daxili bazar üzrə keçmiş komissarı Thierry Breton CNews telekanalının efirində bildirib.
“Uzun müddətdən sonra ilk dəfədir ki, Avropa anlayır ki, bundan sonra o, təhlükəsizlik məsələlərində yalnız ABŞ-dan asılı ola bilməz.
Bretonun fikrincə, “indi bütün Avropa ölkələri bundan müvafiq nəticələr çıxarmalıdır”.
Aİ liderlərinin fevralın 17-də Parisdə keçirilən qeyri-rəsmi görüşünü şərh edən Breton qeyd edib ki, Birləşmiş Ştatlar öz avropalı müttəfiqləri ilə məsləhətləşmədən Ukrayna münaqişəsinin həlli istiqamətində addımlar atmağa başlamaqla Avropanı təəccübləndirib.
Əziz Mustafa, Oxuməni.az
Digər xəbərlər