Şimali Koreya Sarı dənizə doğru bir neçə ballistik raket atıb

Şimali Koreya Sarı dənizə doğru bir neçə ballistik raket atıb

10 Mart 11:28
Bəyəndim (2) Bəyənmədim (0)

Şimali Koreya ABŞ və Koreya Respublikası “Freedom Shield” (Azadlıq Qalxanı) təliminin başlaması ilə eyni vaxtda Sarı dənizə doğru ballistik raketlər buraxıb,Oxuməni.az “Yonhap”agentliyinə istinadla xəbər verir.
Raketin buraxılışı bazar ertəsi başlayan ABŞ və Cənubi Koreyanın “Freedom Shield” adlı birgə təlimləri zamanı baş verib.
ABŞ Silahlı Qüvvələrinin Cənubi Koreya sözçüsü Rayan Donald bildirib ki, təlimin məqsədi “Koreya Respublikasını istənilən təhlükədən müdafiə etmək üçün hazırlığı və qabiliyyətini” gücləndirməkdir.
KXDR Xarici İşlər Nazirliyi təlimləri “aqressiv müharibənin məşqi” kimi qiymətləndirib, Pxenyanın fikrincə, bu, regionda gərginliyi artırır.
KXDR Müdafiə Nazirliyi bildirib ki, Şimali Koreya ABŞ və Cənubi Koreyadan gələn strateji təhdidlərə strateji vasitələrlə cavab verməyə hazırdır.
Almaz Həsənli