
Zelenski Səudiyyə Ərəbistanına səfərə gəlib
Ukrayna prezidenti Vladimir Zelenski bazar ertəsi, martın 10-da Səudiyyə Ərəbistanına səfər edib.
“Ukrinform” agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə onun müşaviri Dmitri Litvin məlumat verib.
Ukrayna və ABŞ arasında danışıqlar martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək. Zelenski bu danışıqlarda iştirak etməyəcək.
Bundan əvvəl o, Səudiyyə Ərəbistanında ABŞ nümayəndələri ilə görüşdə Ukraynanı Prezident Aparatının rəhbəri Andriy Yermak, onun müavini Pavel Palisa, xarici işlər naziri Andriy Sibiqa və Ukraynanın müdafiə naziri Rustem Umerovun təmsil edəcəyini bildirmişdi.
“CNN”-in məlumatına görə, ABŞ prezident administrasiyasının yüksək vəzifəli rəsmiləri bu həftə Səudiyyə Ərəbistanında Ukrayna və Rusiya rəsmiləri ilə ayrı-ayrılıqda görüşəcəklər. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova martın 10-da Rusiya nümayəndələrinin bu həftə belə görüşlərdə iştirakı ilə bağlı məlumatları təkzib edib.
Almaz Həsənli