
Danimarka Ukraynaya qoşun yeritməyə hazır olduğunu bildirib
Danimarka lazım gələrsə, sülhü qorumaq üçün Ukraynaya qoşun göndərməyə hazırdır. DR xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Lars Lokke Rasmussen əmin edib.
“Əgər söhbət atəşkəs və ya sülh razılaşması əldə etmək üçün Avropanın iştirakının lazım olduğu nöqtəyə gəlirsə, o zaman Danimarka prinsipcə buna hazırdır”, - diplomat bildirib.
Eyni zamanda, Danimarkanın müdafiə naziri Troels Lund Poulsen qeyd edib ki, hər hansı konkret addımların atılması barədə qərar hələ qəbul edilməyib və hadisələrin necə inkişaf edəcəyindən asılı olacaq.
Bundan əvvəl Slovakiyalı Avropa Parlamentinin deputatı Lubos Blaha Qərbi Avropa ölkələrinin sülhməramlı kontingentinin Ukraynada mümkün yerləşdirilməsi ilə bağlı müzakirələri absurd adlandırıb. Bununla belə, Avropa Parlamenti BMT-nin sülhməramlı kontingentinin yerləşdirilməsinin mümkün olduğunu etiraf edib.
Əziz Mustafa, Oxuməni.az