Tramp administrasiyası İrana qarşı sanksiyalar tətbiq etməyə hazırdır

Tramp administrasiyası İrana qarşı sanksiyalar tətbiq etməyə hazırdır

11 Mart 11:22
Bəyəndim (1) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Trampın administrasiyası İranın neft hasilatı ilə bağlı İrana qarşı sanksiyalar tətbiq etməyə hazırdır. Bunu ABŞ-ın energetika naziri Kris Rayt deyib.

"O, sonuncu dəfə prezident olanda İranın neft ixracna qoyduğu qadağalar qarşı tərəfi ağır vəziyyətə salmışdı", - Rayt bildirib.

O əlavə edib ki, Ağ Evin keçmiş rəhbəri Joe Bayden İrana münasibətdə yumşaq davrandı. Bu da öz növbəsində İranın əl-qolunu açdı, onları qudurtdu. Tramp isə əksinə İranın qudurmasının qarşısını almağa çalışır.

"Bayden bu sanksiyaları ləğv etmədi, amma tətbiq etməyi dayandırdı. Bu, İranını xeyrinə işləyən amil oldu. Nəticədə İran Husilər, Hizbullah və HƏMAS-ı ən yüksək səviyyədə silahlandırdı. Prezident Tramp isə Baydenin səhvlərini düzəltməyə, İrana layiq olduğu cavabı verməyə çalışır", - nazir müsahibəsini yekunlaşdırıb.

ABŞ prezidenti Donald Tramp növbəti nüvə silahının yaranmasının qarşısını almaq üçün İranla nüvə sazişi üzrə danışıqlar aparmaq istəyir. O, belə danışıqların aparılmasını təklif edən ölkə rəhbərinə müvafiq məktub göndərib.

İran isə məktubu almadığını və ABŞ-la danışıqlara getməyəcəyini bəyan edib.

Əziz Mustafa, Oxuməni.az