Suriya hökuməti ilə YPG terror qruplaşması arasında müqavilə imzalanıb

Suriya hökuməti ilə YPG terror qruplaşması arasında müqavilə imzalanıb

11 Mart 10:30
Bəyəndim (2) Bəyənmədim (0)


Kürd Suriya Demokratik Qüvvələrinin (SDQ) rəhbərliyi Suriyanın şimal-şərqindəki kürd muxtariyyətinin bütün mülki və silahlı strukturlarının dövlət institutlarına inteqrasiyası haqqında Dəməşqdə rəsmi Suriya hakimiyyəti ilə saziş imzalayıb. Bu barədə SAR prezidentinin dəftərxanasının bəyanatında deyilir.
“Bazar ertəsi cənab Əhməd Əl-Şaraa və cənab Mazlum Abdi arasında keçirilən görüş nəticəsində Suriyanın şimal-şərqindəki bütün mülki və hərbi strukturların sərhəd keçid məntəqələri, hava limanları, neft və qaz yataqları da daxil olmaqla Suriyanın dövlət strukturlarına inteqrasiyasını özündə ehtiva edən razılıq əldə olunub”, - sənəddə deyilir.
Həmçinin qeyd edilir ki, kürd əhalisi Suriya dövlətinin tərkib hissəsidir. Razılığa əsasən, tərəflər bütün Suriya ərazisində atəşkəs haqqında da razılığa gəliblər.
Almaz Həsənli