
Tramp və Si Çinpin aprelin əvvəlində görüşə bilər
ABŞ və Çin arasında artan ticarət müharibəsinə baxmayaraq, prezident Donald Tramp apreldə Pekinə səfər edə bilər. Bu barədə Honq-Konqun “South China Morning Post” qəzeti “bir çox diplomatik mənbələrə” istinadən məlumat yayıb. Potensial səfərlə bağlı danışıqların hansı mərhələdə olduğu hələlik məlum deyil.
Səfər vaxtı kimi aprel ayının seçilməsi təsadüfi deyildi. Çin tərəfi üçün cənab Trampın “iki sessiya”dan Ümumçin Xalq Nümayəndələri Konqresinin və Çin Xalq Siyasi Məşvərət Konfransının illik iclaslarından dərhal sonra Pekinə gəlişi böyük diplomatik qələbə olardı. Cənab Trampa gəlincə, o, prezidentliyinin ilk yüz günündə Pekinə gəlmək arzusunu bildirib. Aprel bunun üçün tam uyğun vaxtdır.
Amerika mənbələri bildiriblər ki, səfərin dəqiq vaxtı əsasən Ukraynadakı vəziyyətdən asılı olacaq. “İndi diqqətini Ukraynaya yönəldir. Tramp inanır ki, o, Ukrayna probleminə tez bir zamanda son qoya bilər və Ukrayna Çinlə müqayisədə daha az mürəkkəb məsələdir”, – qəzet Amerika mənbəsindən sitat gətirir. Mənbənin sözlərinə görə, Ukrayna məsələsi həll edildikdən sonra Vaşinqtonun bütün diqqəti “Çinə yönələcək”.
Əziz Mustafa, Oxuməni.az